İstifadəçi qaydaları məxfilik siyasəti

 

1.  Ümumi müddəalar

1.1.    İstifadəçi ilə BOKT “İnternational” ASC arasında bağlanan bu müqavilə IBOKT Mobil Tətbiqdən istifadəyə dair münasibətləri tənzimləyir.

1.2.  Bu Müqavilənin məqsədləri üçün mətndə verilmiş anlayışlar aşağıda göstərilən mənada tətbiq olunur:

1.2.1.   BOKT “İnternational” ASC (bundan sonra BOKT) - hüquqi ünvanı Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 2A olan, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 21.05.2013-ci il tarixində BKT-12 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmiş, Azərbaycan Respublikasının qanunvericiliyi öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "İnternational" BOKT Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti;

1.2.2.  İstifadəçi - Müqavilə şərtlərini qəbul edən Tətbiqdə qeydiyyatdan keçən fiziki şəxs;

1.2.3.     Mobil tətbiq – BOKT-a gəlmədən, onlayn rejimdə müştərilərin kredit müraciəti, kreditin rəsmiləşdirilməsi, ödənişi və digər BOKT-da mümkün olan əməliyyatları həyata keçirmək imkanı verən Tətbiq.

1.3.  İstifadəçi Tətbiqdən istifadə etmək məqsədilə müraciət etdiyi halda, habelə istifadə etməyə başladığı ya mövcud istifadəni davam etdirdiyi halda bu Müqavilə İstifadəçi BOKT arasında yaranan münasibətlərə tətbiq edilir.

 

 

2.  Tətbiqdə qeydiyyat

2.1.   Tətbiqi yükləməklə mobil cihazlar vasitəsilə BOKT tərəfindən müəyyən olunmuş prosedura uyğun Tətbiqdə qeydiyyatdan keçmək mümkündür.

2.2.  BOKT bu oferta xarakterli hazırki Müqaviləyə uyğun olaraq sahib olduğunuz, nəzarət etdiyiniz və ya istifadə etdiyiniz mobil cihazda ya digər elektron qurğuda Tətbiqdən istifadə etmək üçün qeyri- müstəsna lisenziya verir. Bu lisenziyanın müddəti Tətbiqdə qeydiyyat tarixindən başlayır və bu Müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində davam edir.

 

 

3.  Tətbiqdən istifadə, giriş icazələrinin alınması

3.1.   IBOKT mobil tətbiqində Əməliyyatların həyata keçirilməsi məqsədilə BOKT olaraq aşağıdakı giriş icazələrini İstifadəçidən tələb edə bilər:

3.1.1  Kamera, lokasiya digər funksiyalar üçün giriş icazəsi

 

BOKT İstifadəçinin mobil cihazının bluetooth, lokasiya, düymə qoruyucusu, telefon vəziyyəti, sistem xəbərdarlığı pəncərəsi, təqvim, kamera, kontaktlar, mikrofon, bildirişlər, sensorlar, SMS mesajları, sosial media hesabları, kənar yaddaş və digər funksiyalarına giriş icazəsi tələb edə bilər.

3.1.2   Digər saytlara keçidlər/bağlantılar


Bu xidmətdə digər saytlara keçidlər (bağlantılar) ola bilər. İstifadəçi üçüncü tərəfin keçidini klikləsə, həmin Sayta yönəldiləcək. Qeyd edək ki, bu kənar saytlar BOKT tərəfindən idarə olunmur. Buna görə İstifadəçiyə müvafiq veb saytların məxfilik siyasətlərini nəzərdən keçirməyini şiddətlə tövsiyə edilir. Üçüncü tərəflərin saytlarının və ya xidmətlərinin məzmunu, gizlilik qaydaları və ya tətbiqləri üzərində BOKT-un nəzarəti yoxdur bununla bağlı baş verən hallara görə BOKT məsuliyyət daşımır.

3.2.  Tətbiqdən istifadəni optimallaşdırmaq rahatlaşdırmaq məqsədilə, BOKT İstifadəçiyə aid barmaq izi ya digər fərdi biometrik məlumatlardan istifadə imkanı təklif edə bilər.

3.3.     BOKT yuxarıda sadalanan giriş icazələrinin məqsədlərini sayını dəyişdirə, habelə müxtəlif yarışmalar, hədiyyəli uduşlar, müsabiqələr və sorğular keçirmək məqsədilə də bu və ya digər başqa məlumatlara da giriş icazəsi tələb edə bilər. İstifadəçi giriş icazəsini dəyişdirmək istəyirsə, bunu mobil cihazın parametrlərində edə bilər. Parametləri dəyişdikdə, giriş icazəsini dayandırdıqda (ləğv etdikdə), BOKT-un təqdim etdiyi xidmətlərdən istifadə imkanından məhrum ola bilər.

 

 

4.  İstifadəçinin hüquq vəzifələri

4.1.  İstifadəçinin vəzifələri:

 

4.1.1.   Mobil cihazının və/və ya SİM-kartının, şəxsiyyət vəsiqəsinin və ya istifadəçiyə aid məlumatların itirilməsinin, oğurlanmasının ya hər hansı formada İstifadəçinin sahibliyindən çıxmasının, habelə üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görmək bu barədə BOKT-un müştəri xidmətinə dərhal bu barədə məlumat vermək;

4.1.2.     IBOKT mobil tətbiqində mövcud xidmətlərdən Azərbaycan Respublikasının qanunlarına, bu Müqaviləyə, habelə BOKT-un müəyyən etdiyi və/və ya gələcəkdə müəyyən edəcəyi qaydalara (tələblərə) əsasən istifadə etmək;

4.1.3.    BOKT-un bu Müqaviləyə birtərəfli qaydada dəyişikliklər edə bilməsi hüququnu qəbul etmək. Dəyişikliklərin Tətbiqdə elektron kabinetdə yerləşdirildiyi gün İstifadəçi tərəfindən qəbul edildiyi gün sayılır.

 

 

4.2.  İstifadəçinin hüquqları:

 

4.2.1.  Tətbiqdən istifadə etməklə əməliyyatlar aparmaq;

4.2.2.   Tətbiq vasitəsilə aparılmış hər hansı əməliyyatla bağlı sorğu vermək, bu barədə BOKT-un yerli struktur bölməsinə ya (+99412) 1543 ; e_mail: info@icu.az əlaqə vəsitələri ilə məlumat vermək.

 

 

5.  Sənədlərin əməliyyatların hüquqi qüvvəsi

5.1.  Tətbiq vasitəsilə əməliyyatların aparılması zamanı təsdiqlənmiş elektron sənədlər İstifadəçinin kağız daşıyıcıda olan şəxsi imzası ilə təsdiqlənmiş müvafiq sənədlərlə eyni hüquqi qüvvəyə malikdir və Tətbiq vasitəsilə əməliyyatların təsdiqi İstifadəçinin imzasının analoqu hesab edilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir.


5.2.   Əməliyyatların aparılması, habelə əməliyyatlar üçün giriş icazələrinin alınması məqsədilə İstifadəçi tərəfindən müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi, barmaq izi ya digər fərdi biometrik göstəricilərdən istifadə edilməsi İstifadəçiyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir.

5.3.   İstifadəçi qəbul edir ki, Tətbiq vasitəsilə əməliyyatların aparılması zamanı təsdiqlənmiş elektron sənədlər mübahisələrin həlli zamanı sübut hesab olunur.

 

 

6.  Tərəfələrin məsuliyyəti

6.1.   İstifadəçi təsdiq edir ki, Tətbiqdə qeydiyyat və ya istifadə zamanı daxil etdiyi məlumatlar tam və düzgündür, habelə bütün məlumatlar şəxsən özünə məxsusdur. Tətbiq vasitəsilə əməliyyatların aparılması zamanı İstifadəçi tərəfindən rekvizitlərin, məbləğlərin və ya digər məlumatın səhv daxil edilməsi, habelə ona məxsus olmayan məlumatın istifadə edilməsi ilə bağlı yarana biləcək risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür.

6.2.   İstifadəçi Tətbiq vasitəsilə əməliyyatların aparılması zamanı özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. BOKT məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcəkdir, lakin BOKT-dan asılı olmayan səbəblərdən həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı İstifadəçiyə ya üçüncü şəxslərə dəymiş zərərə (ziyana) görə BOKT məsuliyyət daşımır.

6.3.    Müqavilənin 4.1.1-ci bənddə göstərilən hallar nəticəsində sonuncuya dəymiş zərərə görə BOKT məsuliyyət daşımır. Bu zaman BOKT-a və ya üçüncü şəxslərə dəymiş zərərə görə İstifadəçi məsuliyyət daşıyır.

6.4.   Tətbiq vasitəsilə əməliyyatların aparılması və/və ya sənədlərin imzalanması zamanı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür. Buna görə də, aparılacaq bütün əməliyyatların icrasından əvvəl İstifadəçi şərtlər tariflərlə tanış olmalı yalnız bütün şərtlər ona aydın olduqdan sonra əməliyyatı təsdiq etməldir.

6.5.   İstifadəçi mövcud və ya ehtiyac olduğu halda, Tətbiq üzrə hər hansı təhlükəsizlik yeniləməsi və ya proqram əlavəsinin quraşdırılmasına razılıq verir.

6.6.  İstifadəçi aşağıdakılardan irəli gələn bütün iddialar, zərərlər və/və ya xərclər üçün məsuliyyət daşıyır: Tətbiqdən qanunvericiliyə və ya BOKT-un daxili qaydalarına zidd istifadə; İstifadəçinin təqdim etdiyi məlumatlara BOKT-un etibar etməsi; Bu Müqavilənin müddəalarının, eləcə üçüncü şəxslərin əqli mülkiyyət və ya digər hüquqlarının pozulması.

6.7.  BOKT-un İstifadəçi ilə işgüzar münasibətlərinin xarakterindən asılı olaraq, habelə İstifadəçinin qeyri- adi və ya cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və yaxud digər əmlakın leqallaşdırılması və ya terrorizmin maliyyələşdirilməsi baxımından şübhəli əməliyyatlarını müəyyən etdikdə, BOKT Tətbiq vasitəsilə aparılan əməliyyatları bloklaşdıra, habelə əməliyyatların növünü, həcmini nəzərə almaqla müəyyən limitlər ya məhdudiyyətlər tətbiq edə bilər.


6.8.  BOKT özünün tarif dərəcələrinə əsasən müvafiq xidmət haqqı ya komissiya müqabilində xidmətləri göstərir. İstifadəçi təsdiq edir ki, BOKT-un tarif dərəcələri ilə tanış olub və BOKT-un tarif dərəcələri (tarifləri) BOKT tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.

 

 

7.  Əqli mülkiyyət hüquqları

7.1.   “İnternational” BOKT və IBOKT mobil tətbiq əmtəə nişanlarıdır. Bu əmtəə nişanları və bütün digər əlaqəli nişanlar üzrə hüquqlar BOKT-a məxsusdur. İstifadəçi BOKT-un əmtəə nişanlarından, loqo və ya brend adından fərdi, təşkilati və ya hər hansı kommersiya məqsədləri üçün istifadə edə və ya çoxalda bilməz.

7.2.  Tətbiqdən istifadə, o cümlədən üçüncü şəxslərin əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar İstifadəçi və ya üçüncü tərəfin iddiaları, məhsula görə cavabdehlik iddiaları, eləcə hüquqi və ya tənzimləyici tələblərə əməl olunması və İstifadəçinin hüquqlarının qorunması barədə iddialar BOKT-a yönləndirilməlidir.

7.3.  Tətbiqə daxil olan səhifələr, görüntülər, məlumatlar və materiallar, habelə Tətbiqin və ya onun hər hansı hissəsinin obyekt və ilkin mətn kodları da daxil olmaqla bütünlükdə müəlliflik hüquqları BOKT-a məxsusdur ya ona lisenziya verilmişdir.

7.4.  İstifadəçi aşağıdakıları təmin etməlidir:

a)       Tətbiqin tam ya qismən surətini çıxarmamaq ya çoxaltmamaq;

b)      Tətbiqə ya onun hər hansı hissəsinə tərsinə mühəndislik aparmamaq, dəyişiklik, modifikasiya etməmək ya uyğunlaşdırmamaq;

c)       Tətbiq ya onun hər hansı hissəsinin obyekt kodlarını ilkin mətn kodlarına ya yüksək proqramlaşdırma dillərinə köçürməmək;

d)      Tətbiq ya onun hər hansı hissəsinin obyekt kodlarını mənimsəməmək;

e)      Tətbiq daxilində olan ya ona aid hər hansı müəlliflik hüququ barədə bildirişi çıxarmamaq və ya müdaxilə etməmək (bütün sahiblik hüququ BOKT-a məxsusdur).

 

 

8.  Müqavilənin imzalanması, dəyişikliklər xitam verilməsi

8.1.  Bu Müqavilə Tərəflərin şəxsi imzası ilə imzalandıqda və ya BOKT-un texnoloji vasitələrindən istifadə edilməklə İstifadəçi tərəfindən şəxsi imzanın başqa analoqu (imzanın faksimilesi, SMS, klik edilmə, müvafiq xananın seçilməsi, məlumatların doldurulması s.) ilə təsdiq edildikdə qüvvəyə minir müddətsiz olaraq qüvvədə qalır. Müqavilənin imzalanma qaydası ilə bağlı müddəa həm bu Müqavilə bağlanarkən imzalanan, həm də bu Müqavilə üzrə və ya Tətbiq vasitəsilə gələcəkdə imzalanacaq digər əlaqəli sənədlərə (əqdlərə) tətbiq olunur. BOKT bu Müqaviləyə istənilən zaman birtərəfli qaydada dəyişiklik edə ya xitam verə bilər.

8.2.  BOKT Müqaviləyə dəyişiklik barədə Tətbiq vasitəsilə İstifadəçiyə bildiriş təqdim edə bilər. Bu zaman İstifadəçi, həmin dəyişiklik qüvvəyə minməmişdən əvvəl Tətbiqdəki hesabını (qeydiyyatını) silməklə Müqaviləyə xitam verə bilər. Əgər İstifadəçi müvafiq bildiriş müddəti başa çatdıqdan sonra hesabını silməsə və/və ya Tətbiq vasitəsilə əməliyyatlar etməyə davam etsə, bu zaman BOKT hesab edir ki, İstifadəçi dəyişikliyi qəbul edib müvafiq dəyişiklik avtomatik olaraq qüvvəyə minir.


8.3.  BOKT aşağıdakı hallardan biri və ya bir neçəsi olduqda dərhal bu Müqaviləyə xitam verə bilər: 8.3.1.İstifadəçi bu Müqavilənin müddəalarını kobud surətdə ya ardıcıl olaraq pozduqda;

8.3.2.  İstifadəçinin qeyri-adi və ya cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və yaxud digər əmlakın leqallaşdırılması ya terrorizmin maliyyələşdirilməsi baxımından şübhəli əməliyyatlarını müəyyən etdikdə ya bu barədə BOKT-da əsaslı şübhələr olduqda;

8.3.3.   Tətbiqdən üçüncü şəxslərin istifadə etməsi barədə BOKT-da əsaslı şübhələr olduqda;

8.3.4.  Mobil cihazınız ya əməliyyat sisteminiz Tətbiqi dəstəkləmədikdə, habelə mobil cihazınızın əməliyyat sisteminin istehsalçısı tərəfindən geri qaytarıldıqda;

8.3.5.  BOKT, bu Müqavilənin icrasını davam etdirməsinin qüvvədə olan qanunvericiliyin, məhkəmə qərarının ya digər vəzifənin pozulması riski daşıdığını ya BOKT-a müvafiq dövlət orqanları (qurumları) tərəfindən tədbir və ya qadağa tətbiq olunacağını güman etdikdə;

8.3.6.     İstifadəçinin Tətbiqi yükləmək hüququ yoxdursa və ya Tətbiqi yükləmək/istifadə etmək hüququ məhdudlaşdırıldıqda;

8.4.   BOKT bu Müqavilənin 9.3-cü bəndindəki halların xarakterini nəzərə alaraq, bu Müqaviləyə xitam verdiyi barədə İstifadəçiyə SMS vasitəsilə, habelə elektron poçt s. formada bildiriş verə bilər.

8.5.    İstifadəçi mobil cihazından Tətbiqi sildikdə belə, gələcəkdə Tətbiqi yenidən yükləməklə şəxsi kabinetinə daxil ola bilər. Qeydiyyat İstifadəçi tərəfindən ləğv edildikdə, bu Müqavilə üzrə BOKT qarşısında hər hansı öhdəliyi yoxdursa, bu Müqaviləyə xitam verilmiş hesab edilir.

8.6.  Hər hansı səbəbdən bu Müqavilə ilə İstifadəçi təmin olunan lisenziyaya və ya bu Müqaviləyə xitam verildikdə, bu Müqavilə ilə əldə olunan bütün hüquqlara xitam verilə buna müvafiq olaraq, İstifadəçinin Tətbiqdə qeydiyyatı ləğv edilə bilər.

 

 

9.  Məxfilik Siyasəti

9.1.   BOKT İstifadəçi tərəfindən təqdim edilmiş bütün məlumatların (şəxsi məlumatlar daxil olmaqla) konfidensiallığını qoruyur. Buna baxmayaraq, İstifadəçinin və ya üçüncü şəxslərin təqsiri ucbatından həmin məlumatların istifadə edilməsi ilə bağlı İstifadəçiyə və ya üçüncü şəxslərə dəymiş zərərə (ziyana) görə BOKT məsuliyyət daşımır.

9.2.  BOKT müştərilərə aid fərdi məlumatları (xüsusi kateqoriyalı fərdi məlumatları) toplanılan, saxlanılan və işlənilən məlumatların (həmçinin arxivləşdirilmiş fərdi məlumatların) konfidensiallığının qorunması, məlumat sızmalarının qarşısının alınması, yarana biləcək hər hansı fəlakət və məlumat sızmaları üzrə tədbirlər görür.

9.3.   9.2-ci bənddə göstərilən məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən subyektlərə ötürülə bilər.

9.4.   Tətbiqi istifadə etməklə İstifadəçi yuxarıda təsvir olunan şəkildə məlumatların açıqlanması, emal edilməsi, saxlanması ötürülməsinə razılıq vermiş sayılır.


9.5.  İstifadəçi Mobile Tətbiqdən istifadə etməklə (təsdiq etməklə) “Fərdi məlumatlar haqqında” Qanuna əsasən BOKT lisenziya ilə icazə verilən fəaliyyət növləri üzrə əməliyyatların icrası zamanı xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması, yeni məhsullarının təklif edilməsi, o cümlədən müştərilərə məhsulların çevik əlçatan formada təqdim edilməsi məqsədilə istifadəçi tərəfindən təqdim olunmuş/olunacaq, habelə fərdi məlumatların digər operatorlarından/mülkiyyətçilərindən ona məxsus fərdi məlumatların toplanması, işlənməsini ötürülməsinin həyata keçirilməsinə razılıq vermis sayılır.

9.6.  İstifadəçi bu Müqaviləni imzalamaqla (təsdiq etməklə) razılıq verir bəyan edir ki, BOKT İstifadəçiyə məxus fərdi məlumatların toplanması və işlənməsini həyata keçirə, habelə kredit tarixçəsinin tərtib edilməsi üçün hər cür neqativ və pozitiv məlumatlarını kredit bürosu(ları)na təqdim edə və ya müvafiq məlumatları kredit bürosundan ala bilər.

 

 

10.  Digər məsələlər

10.1.  İstifadəçi bu Müqavilə, habelə Məxfilik Siyasəti şərtləri ilə razılaşır.

10.2.   Bu Müqavilənin (o cümlədən onun Əlavələrinin) hər hansı bəndinin qismən ya bütünlüklə etibarsız, yaxud qanunvericiliyə zidd olması müəyyən edildikdə, sözügedən etibarsız bənd və ya onun etibarsız hissəsi bu Müqavilədən çıxarılmış hesab ediləcək bu Müqavilənin digər bəndlərinin etibarsızlığına səbəb olmayacaqdır.

10.3.   Tərəflərin bir-birinə olan bütün növ bildirişləri, xəbərdarlıqları və s. sənədləri Tətbiq, habelə bu Müqavilədə nəzərdə tutulan və ya sonradan təqdim edilən mobil nömrələrinə SMS, ünvanlarına sifarişli məktub, elektron poçt ünvanı, teleqram və ya faks vasitəsilə göndərilir. Həmin ünvana göndərilmiş bildirişlər Tərəflərə çatdırılmış hesab olunacaq bu zaman tərəflər göndərilən sənədləri almaması halına istinad edə bilməz. Hüquqi və ya poçt ünvan(lar)ında, mobil nömrə və ya digər rekvizitlərində dəyişiklik olan tərəf digər tərəfi bu barədə dərhal xəbərdar etməlidir, əks təqdirdə sonuncu məlum olan ünvan üzrə göndərilmiş müraciətlər ünvan sahibinə çatdırılmış hesab olunacaq.

10.4.  BOKT bu Müqaviləyə əsasən hüquqların hamısını ya bir hissəsini istənilən digər tərəfə ötürə bilər. İstifadəçi bu Müqavilə ilə əldə etdikləri hüquqları və öhdəliklərini yalnız BOKT-ın yazılı razılığı ilə başqa şəxsə ötürə bilər.

 

 

11.  Tətbiq olunan hüquq

11.1.  Bu Müqavilə, onun pozulması və ya mülki pozuntu ilə əlaqədar olan və ya ondan irəli gələn bütün iddialar Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənəcəkdir.

12.  Razılıq

12.1. Müştəri bu Müqavilə ilə razılıq verir ki, “ASAN Finans” sistemi vasitəsilə müəyyən olunan məlumatlar kredit sifarişi və s. məqsədilə BOKT-a təqdim olunsun və bu razılıq 10 (on) il müddətində qüvvədə qalsın.

12.2. Müştərinin yazılı müraciətinə əsasən vaxtından əvvəl bu razılıq ləğv edilə bilər. BOKT tərəfindən qeyd edilmiş razılıq əsasında əldə edilmiş məlumatların saxlanma müddəti müvafiq xidmətdən istifadə müddəti ilə eynidir və həmin xidmətə xitam verildikdən sonra məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğv ediləcəkdir.